İraqın Kərkük şəhərində yerli seçkilərdən 7 ay keçməsinə baxmayaraq, şəhər rəhbərliyində davam edən qeyri-müəyyənlik Ankaranın diplomatik təşəbbüsləri ilə aradan qaldırılıb.
Ölkə.Az xəbər verir ki, 2023-cü il dekabrın 18-də 18 ildən sonra Kərkükdə seçkilər keçirilib və Türkiyənin səyləri ilə 9 türkmən partiyası vahid siyahı ilə seçkilərdə iştirak edib.
Seçkidən 7 ay keçməsinə baxmayaraq Kərkük Vilayət Şurası yerli hökuməti qura bilməyib. Aylarla davam edən bu qeyri-müəyyənlik Türkiyənin diplomatik səyləri nəticəsində aradan qaldırılıb.
Əldə edilən razılaşmaya əsasən, valilik vəzifələrini növbə ilə türkmənlər, kürdlər və ərəblər üzərinə götürəcək. Beləliklə, 100 ildən sonra Türkiyənin təşəbbüsləri ilə Kərkükdə bir türkmən valisi olacaq.
Mürtəza
Ölkə.Az