- 10
ENDİRİLİR
ENDİRİLİR
İsrail Hərbi Hava Qüvvələri yüksək hazırlıq vəziyyətindədir və hər an qonşu Livana sarsıdıcı zərbə endirməyə qadirdir.
Bunu İsrail Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Tomer Bar ölkənin şimalında yerləşən yaşayış məntəqələrinin administrasiyalarının rəhbərləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, görüş zamanı iki ölkənin sərhədindəki əməliyyat vəziyyəti müzakirə olunub:
“Biz müharibəyə hazırıq, bütün əməliyyat planlarının həyata keçirilməsi üçün bütün məsuliyyəti İsrail Hərbi Hava Qüvvələri öz üzərinə götürür. Bizə tanış olan düşmənə sarsıdıcı və maksimum ölümcül zərbə vurulacaq. Sürprizlər olacaq”.