• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Olimpiyadada iştirak etmək üçün barmağını kəsdi



Parisdə start götürən Yay Olimpiya Oyunlarında iştirak etmək üçün avstraliyalı otüstü hokkeyçi Mett Dauson qorxunc addım atıb.

Ölkə.Az "bbc"yə istinadən xəbər verir ki, Paris Olimpiya Oyunlarında iştirak etmək üçün məşqdə qırılan barmağının sağalmasını gözləməyə vaxtı olmadığını deyən Mett Dauson sağ əlinin üzük barmağının yuxarı hissəsini amputasiya etdirib.

İki həftə əvvəl Pertdə komanda məşqi zamanı sağ əlindəki barmağını sındırdıqdan sonra Dauson barmağından əməliyyat olunmalı idi. Barmağının sağalması isə aylar çəkəcəkdi. Buna görə də 30 yaşlı otüstü hokkeyçi üçüncü dəfə oyunlara qatılmaq üçün sağ adsız barmağının yuxarı hissəsini kəsərək komanda yoldaşlarını və məşqçisini şoka salıb.

Mürtəza
Ölkə.az

ƏN ÇOX OXUNANLAR

0.021507978439331