Hazırda Demokratlar Partiyasından prezident seçkilərində iştirak etmək üçün ən şanslı namizəd hesab edilən Kamala Harris avqustun əvvəlində seçki yarışında ABŞ-ın vitse-prezidentliyə öz namizədini açıqlayacaq.
"Ölkə.az" xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
"O, özünü rahat hiss etdiyi və zərurət yaranarsa vitse-prezident olmağa hazır olan birini seçəcək", - mənbə CNN-ə bildirib. O əlavə edib ki, Harris hələ planlarını açıqlamayıb.
Potensial vitse-prezidentliyə namizədin adının yaxın iki həftə ərzində məlum olacağı gözlənilir. İddiaçılar arasında Kentukki, Pensilvaniya və Şimali Karolinanın qubernatorları Endi Beşar, Coş Şapiro və Roy Kuper, Arizona senatoru Mark Kelli və ABŞ-ın nəqliyyat naziri Pit Butteqiqi xüsusi qeyd edilir.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Baydenin Demokratik Partiyasını təmsil edəcəyi güman edilirdi, lakin iyun ayında Respublikaçı Donald Trampla debatdakı fəlakətli çıxışından sonra Demokratlar arasında Baydenin mübarizədən əl çəkməsi üçün çağırışlar daha da gücləndi. İyulun 21-də o, yarışdan imtina etmək qərarına gəldi və Harrisin ABŞ hökumətinin ən yüksək vəzifəsinə namizədliyini dəstəklədi.
Elvin
Ölkə.az