İsrail Qəzza zolağında atəşkəs razılaşması və girovların azad edilməsi üçün yenilənmiş təklifini ABŞ-a təqdim edib.
"Ölkə.az" xəbər verir ki, bu barədə “Axios” portalı İsrail rəsmisinə və digər mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatında qeyd edilir ki, yeni təklifdə silahların və silahlıların cənubdan sektorun şimalına ötürülməsini izləmək və qarşısını almaq üçün xarici mexanizmin yaradılması da var.
Təklif Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns, Qətərin baş naziri Şeyx Məhəmməd bin Abdel Rəhman Əl Tani, İsrailin Mossad kəşfiyyatının direktoru David Barnea və Misir kəşfiyyatının rəhbəri Abbas Kamelin iştirakı ilə Romada keçiriləcək danışıqlardan əvvəl göndərilib.