Moskva yaxınlığında həkimlər yeni doğulmuş uşağın qarın divarına yapışmış gülləni çıxarmaq üçün qeyri-adi əməliyyat keçiriblər.
"Ölkə.az" xəbər verir ki, bu barədə MK məlumat yayıb.
Yad əşyanın uşağın hələ ana bətnində ikən bədəninə daxil olduğu bildirilir.
Məlumata görə, hamiləliyin 30-cu həftəsində uşağın atası evin həyətində atışma məşqi edərkən arvadını vurub. Güllə geri dönüb və hamilə qadının qarnına dəyib.
Xəstəxanada ultrasəs müayinəsindən sonra xəstəyə məlumat verilib ki, nə onun, nə də uşağın həyatına və sağlamlığına heç bir təhlükə yoxdur, ona görə də təcili əməliyyata göstəriş yoxdur. Doğuşa qədər gözləmək qərara alınıb.
Uşaq doğulduqdan sonra cərrahlar gülləni çıxarmaq üçün planlaşdırılmış əməliyyat keçiriblər.
Bildirilir ki, hazırda ana və uşaq artıq evdədir.(publika.az)