• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Harrisin İsraili tənqid etməsinə nəyin əlamətidir?



ABŞ-ın vitse-prezidenti Kamala Harrisin nümayəndələri onun İsrailin Qəzza zolağındakı hərəkətlərini tənqid etməsinin yəhudi dövləti ilə Fələstinin radikal HAMAS hərəkatı arasında girovların azad edilməsi və atəşkəslə bağlı razılaşmanı çətinləşdirəcəyinə inanmırlar.

"Ölkə.az" xəbər verir ki, bu barədə Harrisin köməkçisi Amerikanın CNN telekanalının sorğusuna cavabında söyləyib.

O deyib ki, yəhudi tərəfinin nə danışdıqlarını bilmir. Köməkçi Harrisin İsrailin baş naziri Binyamin Netanyahu ilə Vaşinqtonda keçirdiyi birgə mətbuat konfransındakı sərt çıxışı HAMAS tərəfindən ABŞ və yəhudi dövləti arasında münasibətlərdə gərginliyin əlaməti kimi şərh edilə biləcəyinə dair yüksək səviyyəli bir İsrail rəsmisinin sözlərini şərh edib. O deyib ki, bu çıxışın atəşkəs razılaşmasına nail olmağı çətinləşdirəcəyinə inanmır. Harrisin köməkçisi əlavə edib ki, onun İsrail Nazirlər Kabinetinin rəhbəri ilə görüşü “ciddi və yoldaşcasına” keçirilib.

Qeyd edək ki, Vaşinqtonda Netanyahu Harrislə danışıqlar aparıb, bu danışıqlar zamanı Qəzza zolağında potensial atəşkəs razılaşması, həmçinin HƏMAS-ın saxladığı israilli girovların azad edilməsi müzakirə olunub. Görüşdən sonra verdiyi açıqlamada Harris bildirib ki, o, Netanyahunu Qəzzada müharibəyə, fələstinlilərin əzab-əziyyətinə son qoymaq və Fələstin xalqının azadlıq, ləyaqət və öz müqəddəratını təyinetmə hüququnu təmin etmək üçün HƏMAS ilə tez bir zamanda razılaşmağa çağırıb.

ƏN ÇOX OXUNANLAR

0.025737047195435