• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

BMT İsailin Qolana hücumunu pislədi



BMT-nin xüsusi koordinatoru Janin Hennis-Plasshert və beynəlxalq təşkilatın Livandakı müvəqqəti Qüvvələrinin komandanı, ispan general Aroldo Lasaro birgə bəyanatda Qolan yüksəkliklərində yerləşən Majdal-Şəms qəsəbəsinə raket düşməsi nəticəsində mülki şəxslərin ölümünü pisləyib.

Publika.az xəbər verir ki, beynəlxalq təşkilatın nümayəndələri vəziyyətin daha da gərginləşməməsi üçün bütün tərəfləri maksimum təmkinli olmağa çağırıblar.

“Biz Majdal-Şəmsdə mülki şəxslərin, o cümlədən uşaq və yeniyetmələrin ölümünü pisləyirik. Mülki şəxslər daim qorunmalıdır. Tərəfləri maksimum təmkinlilik göstərməyə və davamlı intensiv zərbə mübadiləsinə son qoymağa çağırırıq. Əks halda, bütün bölgəni ağlasığmaz fəlakətə qərq edəcək daha böyük bir münaqişə alovlana bilər", - deyə bildirilib.

Qeyd edək ki, Qolan yüksəkliklərində Məcdəl Şəms qəsəbəsinə raket hücumu nəticəsində 12 nəfər ölüb. Onların arasında uşaqlar və yeniyetmələr də var.

ƏN ÇOX OXUNANLAR

0.026481866836548