• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Fransa biabır oldu: BOK açılış mərasiminin videosunu sildi



Beynəlxalq Olimpiya Komitəsi (BOK) Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasiminin əsas fraqmentlərinin yer aldığı videonu rəsmi resurslarından silib.

Publika.az xəbər verir ki, videoya hazırda BOK-un rəsmi saytında və ya YouTube kanalında baxmaq mümkün deyil.

Xatırladaq ki, 2024-cü il Oyunlarının açılışı bir sıra təxribat xarakterli epizodlara görə ciddi tənqid edilib. Xüsusən də mərasimin təşkilatçıları Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin parodiyasına görə dindarlara hörmətsizlikdə günahlandırılıblar.

Parisdəki Oyunların açılış mərasimi bir sıra bnaşqa qalmaqallarla da yadda qaldı: Parisdəki yarışın açılış mərasimində Eyfel qülləsi yaxınlığındakı Olimpiya bayrağı bayraq dirəyinə tərs asılıb və stadionda diktorlar Cənubi Koreyadan olan idmançıları elan ediblər. KXDR nümayəndələri.

ƏN ÇOX OXUNANLAR

0.045171022415161