Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, onlar dünyanın ən güclü seçki sisteminə malikdirlər.
Publika.az xəbər verir ki, o, bu barədə bu gün ölkədə keçirilən prezident seçkiləri izləyən beynəlxalq müşahidəçilərlə görüşü zamanı deyib.
Dünyanın ən güclü seçki sisteminin Venesuelada olduğunu iddia edən Maudro, nəticələrin qalibi müəyyən edəcəyini bildirib və xalqın seçiminə hörmət edilməsini istəyib.
Venesuela mətbuatında yer alan xəbərlərə görə, seçkiləri izləmək üçün Venesuelaya 900-dən çox beynəlxalq müşahidəçi gəlib.
Seçkilərdə hazırkı Prezident Nikolas Maduro da daxil olmaqla, 10 namizəd mübarizə aparır.