Təbrizin üstüörtülü bazarında yerləşən tarixi “Mirzə Mehdi” hamamı baxımsızlıq səbəbindən tamamilə dağılmaq üzrədir.
Kult.az xəbər verir ki, bu, Mədəni İrs Təşkilatının tarixi abidənin bərpasına vəsait ayırmaması ilə bağlıdır.
Xatırladaq ki, divar və sütunlarında nadir rəsm əsərlərinin olduğu abidə Qacarlar dövründə inşa edilib.