• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rusiya sanksiyalara görə sərnişin təyyarələrini itirir



Qərbin sanksiyaları Rusiyanın hava donanmasına zərbə vurub. Xüsusilə, Moskva Qərb təyyarələrini itirir.

BAKU.WS “Vedomosti” nəşrinə istinadən xəbər verir ki, 2023-cü il oktyabrın sonundan 2024-cü il iyunun 26-dək 13 ən böyük aviadaşıyıcının donanmasında uyğun təyyarələrin sayı 3% azalaraq 693 təyyarəyə düşüb.

Bildirilir ki, ən çox təyyarəni - 12 hava gəmisini “Aeroflot” qrupuna daxil olan “Rossiya” şirkəti itirib. Aviaşirkətin ümumilikdə 124 təyyarəsi var.

Bundan əlavə, S7 və Yamal hər biri beş, UTair və Aeroflot isə daha iki gəmi itirib. Qeyd olunur ki, S7 donanmasının azaldılması Airbus A320neo və A321neo təyyarələrinin texniki xidmətində yaranan problemlərin nəticəsi olub. Bu təyyarələr yeni nəsil Pratt & Whitney mühərrikləri ilə təchiz olunub və onlar Rusiyada təmir olunmur.

Eyni zamanda, Aeroflot bildirib ki, şirkətin ümumilikdə 171 təyyarəsi var, onların 96%-i uçuşa yararlıdır və uçur, digərləri isə “müxtəlif texniki xidmətlərdən” keçir.

ƏN ÇOX OXUNANLAR

0.030036926269531