• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Britaniya şahzadəsi həyat yoldaşını ölkəsinə apara bilmir - Harri nədən qorxur?



Britaniya şahzadəsi Harri ailəsindən ayrılaraq ABŞ-da məskunlaşıb. Səbəb isə şahzadənin həyat yoldaşı Meqan Marklın həyatının təhlükədə olmasıdır.

Publika.az xəbər verir ki, İngiltərə kralı Çarlzın ABŞ-da yaşayan kiçik oğlu şahzadə Harri yeni müsahibəsində həyat yoldaşı Meqan Marklı İngiltərəyə aparmaqdan qorxduğunu açıqlayıb.

“Bəzi mənbələrdən bıçaq və ya kislota təhdidi almışdım. Ona görə də həyat yoldaşımı öz vətənimə apara bilmərəm. 2022-ci ildə vəfat edən Kraliça II Yelizaveta tabloid mətbuatına qarşı mübarizəsində mənə böyük dəstək verirdi”.

Xatırladaq ki, Harri və Meqan cütlüyü 2020-ci ilin iyununda Britaniya kral ailəsindən ayrıldıqdan sonra ABŞ-ın Kaliforniya ştatına köçüblər. Cütlüyün hazırda İngiltərədə rəsmi iqamətgahı yoxdur.

ƏN ÇOX OXUNANLAR

0.022124052047729