• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda ləğv olunan bazarla bağlı qərar dəyişir



Ləğvetmə prosesində olan “Montin Bazar” ASC qərarını dəyişir.

“Ölkə.Az” xəbər verir ki, ASC səhmdarlarının 2024-cü il sentyabrın 14-ü keçiriləcək növbəti ümumi yığıncağında səhmdarların 29 iyun 2023-cü il tarixli ümumi yığıncağının qərarları və onun nəticələri ləğv ediləcək.

Qeyd edək ki, həmin tarixdəki yığıncaqda cəmiyyətin ləğv edilməsi, Ləğvetmə komissiyasının yaradılması, Ləğvetmə komissiyasının səlahiyyətlərinin müəyyənləşdirilməsi haqqında məsələlər müzakirə edilmişdi.

Sentyabrın 14-ü keçiriləcək yığıncaqda həmçinin 2023-cü ilin İllik maliyyə balansının təsdiq edilməsi, cəmiyyətin müşahidə şurasının, icra orqanının və təftiş müfəttişinin seçilməsi və digər məsələlər müzakirə ediləcək.

Könül
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 8
"Neftçi" qalib gəldi
0.049109935760498