Dünya Bankının İcraçı Direktorlar Şurası Azərbaycana 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirməni təsdiqləyib.
"Ölkə.Az"ın məlumatına görə, bu məbləğ Azərbaycanda Məşğulluğa Dəstək Layihəsini (AESP) genişləndirmək məqsədilə ayrılıb.
Bununla məcburi köçkünlər, qadınlar, gənclər və uzunmüddətli işsizlərin özünüməşğulluq imkanlarını təşviq etməkdir.
Məlumatda qeyd olunur ki, son üç il ərzində 5000-dən çoxu qadın olan 15 000 benefisiar öz bizneslərinə başlamaq üçün sözügedən paketləri alıb. Benefisiar qiymətləndirməsinə əsasən, AESP iştirakçılarının 70%-dən çoxu layihə tərəfindən təmin edilmiş aktivləri aldıqdan sonra 24 ay işini davam etdirib. Bu uğura əsaslanaraq, bu gün təsdiqlənmiş maliyyələşdirmə mövcud məşğulluq proqramlarını və xidmətlərini genişləndirəcək və daha çox insana xidmət edəcək və AESP çərçivəsində biznesin davamlılığını təşviq etmək üçün başqalarını sınaqdan keçirəcək.
Könül
Ölkə.Az