• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bu şəxslərin maaşı artacaq - AÇIQLAMA



Minimum əməkhaqqının artırılmasına dair qarşıdakı aylarda qərarın veriləcəyi gözlənilir. Bununla bağlı təkliflər noyabrın 1-ə qədər təqdim olunmalıdır. 

"Ölkə.Az" xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, minimum əməkhaqqı artımı təxminən 16% ətrafında ola bilər:

"Nə qədər artırılacağına dair heç bir məlumat olmasa da, ötən illərin artım dinamikasını təhlil edərək təxminən 16% ətrafında bir artımın daha real göründüyünü deyə bilərəm". 

Ekspert bildirib ki, minimum maaşın 400 manata çatdırılmasını gözləmək olar: "2022-ci ilin 1 yanvarında minimum əməkhaqqı 20% artırılaraq 250 manatdan 300 manata çatdırıldı. 2023-cü ilin 1 yanvarından isə 15% artırılaraq 345 manata oldu. 2024-cü ildə artım olmadığı üçün 2025-ci ilin 1 yanvarından minimum əməkhaqqının 400 manata çatdırılmasını gözləmək olar. Bu isə 16%-lik bir artım deməkdir". 

"Minimum əməkhaqqı artırılan zaman əməkhaqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən işçilərin maaşları da bu artıma uyğun artırılır. Deməli, minimum əməkhaqqı artırılarsa, qeyd etdiyim cədvələ uyğun digər artımları da gözləmək olar", - deyə ekspert əlavə edib.

Qeyd edək ki, əməkhaqları Vahid Tarif Cədvəli əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.

Könül
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 8
"Neftçi" qalib gəldi
0.021754026412964