Paris Olimpiadasının açılış mərasimində Leonardo da Vinçinin "Gizli şam yeməyi"ni parodiya edən tamaşa rüsvayçılıqdan başqa bir şey deyildi.
Ölkə.Az xəbər verir ki, bunu ABŞ-da prezidentliyə namizəd Donald Tramp "Fox News"ə müsahibəsində deyib.
“Demək istəyirəm ki, mərasim təşkilatçıları müxtəlif şeyləri edə bilər. Mənim öz baxışım var, lakin onların etdikləri biabırçılıq idi”, - Tramp deyib.
Həmçinin vurğulayıb ki, ABŞ prezidenti seçiləcəyi təqdirdə Los-Ancelesdə keçiriləcək 2028-ci il Yay Olimpiya Oyunlarında "Gizli şam yeməyi" parodiyalarına ehtiyac qalmayacaq.
Mürtəza
Ölkə.Az