Ukraynanın indiki halda müharibəyə son qoymaq üçün iki variantı var. Bunlardan biri Koreya, digəri isə Vyetnam variantıdır.
Ölkə.Az xəbər verir ki, bunu siyasi analitik Vitali Portnikov deyib.
“Cənubi Koreya demarkasiya xəttinin yaradıldığı zamandır. Heç kim heç kimdən soruşmur ki, güzəştə getməyə razısan, ya yox. Orduların dayandığı yerdə 100 il davam edə biləcək demarkasiya xətti yaradırsan. Heç kim cənubi koreyalılardan ərazi güzəştlərinə razı olub-olmayacağını soruşmadı. Sadəcə olaraq belə bir demarkasiya xətti mövcuddur. Hələ də razılaşmırlar. Hər an müharibənin olacağını bilərək yaşayırsan", - Vitali Portnikov bildirib.
O əlavə edib ki, ikinci variant isə Vyetnam variantıdır, bunun da yolu sülh müqaviləsi imzalamaqdan keçir.
“İki ildən sonra düşmən gəlib hamını bitirir. Risk zonası olan ərazidə işinizi bitirmək üçün sadəcə iki və ya üç il vaxtınız var. Söz verdilər, amma verilən vədin tam əksini etdilər. Beləliklə də salamlar, kiyevlilər... Həyatınızda hər şey bu qədər sadə ola bilməz”, - Vitali Portnikov qeyd edib.
Mürtəza
Ölkə.Az