- 7
ENDİRİLİR
ENDİRİLİR
Bir neçə il öncə ölkəyə “London taksi”ləri gətirilməyə başladı. O dövrdə hamı tərfifləyirdi. Hətta bəhbəhlə ölkə başçısına da təqdim etdilər. Amma bir müddət sonra, hamı başa düşməyə başladı ki, bəs bu “London taksiləri” heç də sərfəli deyilmiş. Yavaş-yavaş bu taksiləri sıradan çıxarmağa başladılar.
Bu gün isə Binəqədi qəsəbəsində “London taksisi” qəbirstanlığı yaranıb. Bəli, yalnış anlamadınız, sözün əsl mənasında qəbirtsanlıq. Sınıq salxaq, sıradan çıxmış, istismara yarasız və yararlı bütün onlarla “London taksiləri” bu “qəbirstanlığa” yığılır.
“London taksiləri”nin növbəti partiyası, 2020 -ci ilə Bakıya gətirildi. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ''Bakı Taksi Xidməti'' MMC-nin sifarişi əsasında Böyük Britaniyanın “London EV”(LEVC) şirkətindən 100-ə yaxın avtomobuil alınaraq Bakıya gətirildi.
“London taksilərinin” qiyməti haqqında heç bir məlumat verilməsə də, “London EV”-i şirkətinin saytında qeyd edilir ki, bu model avtomobillərin qiyməti 54 690 funt-sterlinq (110 000 manat) ilə 60 695 funt-sterlinq (122 000 manat) arasında dəyişir.
ondon taksilərini keçmiş Nəqliyyat Nazir Ziya Məmmədov və onun biznes ortağı “Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədov gətirirdi. Onlar Azərbaycanda taksi fəaliyyətinin təkmilləşdirilməsi üçün belə bir addım atdılar.
O vaxt boş yerə milyonlarla vəsaiti xərclədilər. Ziya Məmmədov, bunu Hafiz Məmmədovun boynuna atdı. Hafiz Məmmədov da Ziya Məmmədovu günahlandırdı. Heç biri sahib çıxmadı və o pullar havaya sovrulmuş kimi oldu. Yəni milyonlarla pul məhv oldu, havaya getdi.
Bəs görəsən, bu maşınlardan yenidən qismən taksi fəaliyyətində və fərdi nəqliyyat vasitəsi kimi istifadə etmək mümkündürmü?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, artıq bu maşınların istismar müddəti bitdiyindən, təmir və ehtiyat hissələrinin əldə edilməsi demək olar ki, mümkün deyil:
“Bənövşəyi rəngli “London taksiləri”nin Azərbaycana gətirilməsindən 13 il keçir və artıq bu avtomobillərin istismar müddəti başa çatıb. Bildiyiniz kimi, hər bir avtomobili də istehsalçıdan və ya distribyutordan aldıqda, onların zəmanət müddəti olur. Bu avtomobillərin isə zəmanət müddəti artıq bitib. Zəmanət müddəti bitibsə, təbii ki, bunların servis xidməti, ehtiyat hissələrinin təmir olunması da bitib. Ümumiyyətlə, bu maşınların bu gün Bakıda istifadə olunması aktual deyil”.
Ekspert hazırda taksi daşımalarında yeni və daha müasir “London taksiləri”ndən istifadə olunduğunu qeyd edib:
“Hazırda Bakı şəhərində taksi fəaliyyətində istismar olunması üçün “London taksiləri”nin başqa bir növü gətirilib. Onlar qırmızı rəngdə olan və elektrik mühərrikli avtomobillərdir. Bunlar çox uğurla istifadə olunur. Köhnə bənövşəyi rəngli olanları bu gün bərpa etsələr belə, yeni tələblərə cavab vermədiyi üçün taksi fəaliyyətində istismar oluna bilməz”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) son günlər sosial mediada "London" taksilərinin kütləvi şəkildə istismardan çıxarılması ilə bağlı yayılan fikirlərə münasibət bildirib.
AYNA-dan bildirilib ki, ölkədə taksi minik avtomobilləri parkının yenilənməsi, elektriklə işləyən, ekoloji cəhətdən təmiz və smart texnologiyaların geniş tətbiq edildiyi taksilərin istismarı prioritet istiqamət kimi müəyyən edilib.
"“LEVC TX4” London taksilərinin əksəriyyətinin istismar müddəti başa çatıb. İstismar müddəti başa çatan avtomobillərlə bağlı qanunvericiliyin tələblərinə əsasən tədbir görüləcək. İstismar müddəti bitməyən, bərpası mümkün olan və mövcud tələblərə cavab verən nəqliyyat vasitələri isə mərhələli şəkildə təmir olunaraq xəttə buraxılır", - deyə açıqlamada qeyd olunub.