• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Növbədənkənar parlament seçkiləri üçün media mərkəzi açılacaq



Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar media mərkəzinin açılışı istiqamətdə hazırlıq işləri davam edir.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) avqustun 1-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

MSK sədrinin sözlərinə görə, media mərkəzində yerli və xarici ölkələrdən jurnalistlərin təmsilçiliyi nəzərdə tutulur.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1489 nəfərin deputatlığa namizədliyi irəli sürülüb: "İndiyə qədər 481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb."

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahıları məlumat lövhələrində yerləşdirilib. 

Qeyd edək ki, Seçki Məcəlləsinə görə, hər iki proses səsvermə gününə azı 35 gün qalanadək başa çatdırılmalı idi və buna görə də bu tarix iyulun 28-dək kimi müəyyən olunub. 

 

ƏN ÇOX OXUNANLAR

  • 5
"Neftçi" qalib gəldi
0.020364999771118