• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ İrana qarşı İsrailə kömək etməyə hazırlaşır



ABŞ yaxın günlərdə İran və müttəfiqlərinin, o cümlədən Livanın “Hizbullah” hərəkatının hücumlarını dəf etmək üçün İsrailə kömək etməyə hazırlaşır.

"Ölkə.az" xəbər verir ki, bununla bağlı “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, ABŞ kəşfiyyatı iyulun 31-də İranın planlaşdırılan hücumu ilə bağlı xəbərlər almağa başlayıb.

Bayden administrasiyası əmindir ki, İran HƏMAS Siyasi Bürosunun rəhbərinin Tehranda öldürülməsinə cavab olaraq yaxın bir neçə gün ərzində İsrailə hücum etmək niyyətindədir və İran buna görə İsrailin məsuliyyət daşıdığını bildirir.

Mənbələrin məlumatına görə, ABŞ rəsmiləri də bu hücumun İranın aprelin 13-də İsrailə zərbə endirərkən izlədiyi sxem üzrə həyata keçiriləcəyinə inanırlar.

Portal həmçinin iddia edir ki, Bayden administrasiyası Haniyənin öldürülməsindən sonra bölgədə anti-İsrail əhval-ruhiyyəsi səbəbilə aprel ayında İranın hücumunu dəf etməyə kömək edən müttəfiqləri səfərbər etməkdə çətinlik çəkə biləcəyindən narahatdır.

Mənbələrin məlumatına görə, ABŞ-ın Fars körfəzi, Şərqi Aralıq dənizi və Qırmızı dənizdə yerləşən hərbi birləşmələri İranın zərbəsini dəf etmək üçün hazırlıq görür.

Portal həmçinin xəbər verir ki, İsrail kəşfiyyatı İranın irimiqyaslı raket hücumu həyata keçirmək niyyətində olduğunu bildirib.(APA)

ƏN ÇOX OXUNANLAR

0.021683216094971