• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Şolts o məhbuslarla şəxsən görüşəcək



Almaniyanın federal kansleri Olaf Şolts Rusiya tərəfindən azad olunan məhbuslarla şəxsən görüşəcək və ən böyük mübadilələrdən birinin nəticələri ilə bağlı müraciətlə çıxış edəcək.

“Ölkə.az” xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” (FUZ) nəşri məlumat yayıb.

Qeyd olunur ki, Almaniya kansleri və hökuməti bu razılaşma üzrə danışıqlarda həlledici rollardan birini oynayıb.

“Federal ədliyyə naziri Marko Buşman Almaniyanın baş prokuroru Yens Rommelə Vadim Krasikovun işi üzrə hökmün onun Rusiyaya ötürülməsi üçün ertələnməsi barədə yazılı göstəriş verərək razılaşmanın əldə olunmasında mühüm rol oynayıb”, - nəşr qeyd edib.

Xatırladaq ki, daha əvvəl Ankarada Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi aparıldığı bildirilmişdi.

ƏN ÇOX OXUNANLAR

0.022871971130371