Türkiyədə instaqrama giriş bloklanıb.
Ölkə.Az xəbər verir ki, bu barədə Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi qərar qəbul edib.
Qərarın hansı səbəbdən verilməsi və nə qədər müddət davam edəcəyi açıqlanmayıb.
Qeyd edək ki, qurumun kommunikasiya direktoru Fahrettin Altun daha əvvəl HƏMAS lideri Haniyənin vəfatından sonra başsağlığı mesajı yayımlayıb. O, instaqramın heç bir səbəb göstərmədən paylaşımlarını sildiyini bildirib.
“Haniyənin şəhadətinə görə insanların başsağlığı ilə bağlı etdiyi paylaşımları heç bir əsas gətirmədən bloklayan instaqramı şiddətlə qınayıram. Bu, çox açıq-aydın senzura cəhdidir”,- deyə o bildirib.
Billurə