- 9
ENDİRİLİR
ENDİRİLİR
Şəhərin bəzi yerlərində məhəllə arası kababxanalarda lülə-tikə kababın 1 şişini 2-3 manat satırlar. Nəzərə alsaq ki, ətin bir kiloqramının qiyməti 15-20 manat arası dəyişir, bu kababların qiyməti çox ucuzdur. Bu, normal olaraq insanlarda suallar doğurur. Bu kabablar necə bu qədər ucuz satılır?
Valyuta.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, illər boyu Azad İstehlakçılar Birliyi regionlarda kəsilən at, eşşək ətlərinin, murdar olmuş ətlərin Bakıya daşınmasını izləyir. Bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür:
“Onlar dəfələrlə ekspertizalar, həbslər və s. həyata keçirib. Amma bu problem həll olunmur. Səbəbi də odur ki, ölkədə istənilən ətin satılmasına icazə var. İstisna olunmur ki, 2-3 manatlıq kababları belə ətlərdən hazırlasınlar. Biz bunu da bilməliyik ki, lülə kababı farşdan hazırlanır.
Farşın da içərisində heyvanın yeyilməyən hissələri - məsələn, beyni, yeli, dərisi və s. ola bilər. Yəqin ki, bu kimi ucuz kababların hazırlanmasında belə mənbələrən istifadə olunur. İnsanlar da bu kimi kabablardan uzaq durmalıdır. Biz tərəfdarıyıq ki, insanlar ucuz və keyfiyyətli məhsul alsınlar. Yaxşı olardı ki, kabablar 2-3 manat olsun, amma keyfiyyətli ətlərdən istifadə olunsun”.
Restorator Mahir Əhmədzadə də bildirdi ki, bu kimi yerlərdə satılan kabablar adətən tikə yox, lülə kabablar olur:
“Lülənin əti çəkilmiş olur, buna da bəzi işbaz şəxslər buna toyuq dərisini, filesini və s. qatırlar. Xarici ölkələrdən alınan ucuz qiymətə olan dondurulmuş quyruqlardan istifadə edirlər. Bundan əlavə o da ola bilər ki, bir şiş kababda 220 qram ət olmalıdırsa, onun çəkisini az edirlər. Bu formada müştəriyə təqdim edirlər. Təmiz ətdən 2-3 manata kabab satmaq mümkün deyil”.