- 10
ENDİRİLİR
ENDİRİLİR
Çində 2024-cü ilin iyulu 1961-ci ildə tam ölçmələrin başlanmasından bəri ən isti analoji ay olub.
İlin yeddinci ayı ərzində ölkədə orta temperatur 23,2 dərəcə Selsiyə çatıb ki, bu da əvvəlki illərdə olduğundan 1,1 dərəcə yüksəkdir.
İyul ayında Çin bütün ölkə boyu güclü yağış və həddindən artıq yüksək temperaturla üzləşib. Bu ölkənin cənubu geniş yayılmış və uzunmüddətli isti hava dalğasına məruz qalıb, bir neçə bölgədə 20 gündən çox davamlı yüksək temperatur qeydə alınıb.
Cəmi 59 milli meteoroloji stansiya bütün zamanların rekordlarını qıran və ya ona bərabər olan maksimum gündəlik temperatur qeyd edib. Günorta saatlarında Şanxayın bir sıra bölgələrində 39,9 dərəcə Selsi temperatur qeydə alınıb.
Keçən ay bütün dünyada istilik rekordları qırılıb, iyulun 22-si Yer kürəsində ən isti gün olub və qlobal gündəlik orta temperatur 17,15 dərəcə Selsiyə çatıb.
İyulun 21-dən 22-nə qədər gündəlik orta temperaturun qəfil artması, ilk növbədə, Şimal yarımkürəsində, xüsusilə Şimali Amerika, Avropa və Antarktidanın əksər hissəsində anomal isti hava dalğası ilə əlaqədardır.
Meteoroloqların proqnozlarına görə, avqustun ilk yarısında gözlənilən iki əhəmiyyətli isti hava dalğasından sonra bu ayın sonuna kimi yüksək temperaturun azalacağı gözlənilir. Avqustda Çinin böyük hissəsində havanın temperaturu normadan daha isti olmağa davam edəcək. CCTV telekanalı xəbərdarlıq edir ki, yaxın günlərdə temperaturun daha da yüksələcəyi gözlənilir. Şanxaydan 160 kilometr aralıda yerləşən Hançjouda temperaturun 43 dərəcə Selsiyə çatacağı bildirilir.
İyul ayında Çinin mərkəzində güclü yağışlar 30-dan çox insanın ölümünə və yüz minlərlə insanın təxliyəsinə səbəb olub.