• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Süni intellekt biosilah yarada bilər - RİSK ARTIR



Biokimyaçı və BMT-nin keçmiş silah müfəttişi Rokko Kasaqrande "chatbot Claude"u sınaqdan keçirdikdən sonra süni intellektin (AI) terrorçulara bioloji amilləri müəyyən etməyə və bioloji silah yaratmağa kömək edə biləcəyini söyləyib. "Ölkə.az" xəbər verir ki, bu barədə Bloomberg yazır.

Ekspert Ağ Ev rəsmilərinə bioloji silahların yaradılması üçün chatbotların istifadə oluna biləcəyindən narahat olduğunu bildirib. O qeyd edib ki, neyron şəbəkələri terrorçulara bioloji amilləri müəyyən etməyə kömək edə bilər ki, bu da biosilahların yaradılması və yayılması riskini artırır.

Bundan əvvəl Avstraliya Təhlükəsizlik Kəşfiyyat Xidmətinin rəhbəri Mayk Burqess demişdi ki, süni intellektin inkişafı düşmənlərin imkanlarının artmasına və nəticədə daha intensiv casusluğa və dezinformasiyanın yayılmasına səbəb ola bilər.

Elvin

Ölkə.az

ƏN ÇOX OXUNANLAR

0.021130800247192