Bütün tapşırıqları yerinə yetirmək üçün Ukraynaya ən azı 40 ədəd F-16 lazımdır.
"Ölkə.az" xəbər verir ki, bunu hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib.
Onun sözlərinə görə, F-16-ların effektivliyi onların sayından və istifadə edəcəyi silahlardan asılı olacaq:
“Təyyarənin imkanlarını genişləndirmək üçün bizə verilən silahların çeşidini artırmaq lazımdır. Onda hətta bir F-16 kifayət qədər ciddi iş görə biləcək”.(axar.az)