- 11
ENDİRİLİR
ENDİRİLİR
Türkiyənin Qaziantep şəhərində fıstıq istehsalçıları etiraz aksiyası keçirib. Qiymətlərdən narazı olan istehsalçılar traktorlarla küçələrə çıxıblar.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, fermerlərə dəstək verən CHP-li millət vəkili Melih Meriçin başına inanılmaz hadisə gəlib.
Belə ki, o, çıxış edərkən muxtar olduğu bildirilən şəxs millət vəkilinə yaxınlaşaraq havaya atəş açıb.
Həmin şəxs atəş açan zaman "Heç kəsi danışmağa qoymayacağam" deyə qışqırıb.
Mühafizəçilər dərhal müdaxilə edib. Polis tapançadan atəş açan şəxsi saxlayıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.