• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanlılar turist kimi ən çox bu ölkələrə gedirlərSiyahı



Bu ilin ilk yarısında turist kimi xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 614 min 629 nəfər olub.

Yeniavaz.com xəbər verir ki, turizm məqəsdi ilə xaricə gedən Azərbaycan vətəndaşlarının 241 min 314 nəfərinin məqəsdi istirahət və əyləncə olub.

İşgüzar məqsədlə xaricə gedənlərin sayı 158 min 84 nəfər, qohumlara, dostlara baş çəkəmək üçün gedənlərin sayı 153 min 793 nəfər, dini ziyarətə gedənlərin sayı 14 min 416 nəfər, mağazalara baş çəkməyə gedənlərin sayı 21 min  628 nəfər, müalicəyə gedənlərin sayı isə 17 min 171 nəfər olub.

Qeyd edək ki, Azərbaycan vətəndaşları istirahət və əyləncə üçün ən çox aşağdakı ölkələrə gediblər:
Türkiyə – 76 469 nəfər
Rusiya – 57 732 nəfər
Birləşmiş Ərəb Əmirlikləri – 30 780 nəfər
Gürcüstan – 26 920 nəfər
Qazaxıstan – 9 164 nəfər

Dini ziyarət üçün ən çox aşağdakı ölkələrə gediblər:
Səudiyyə Ərəbistanı – 7 225 nəfər
Türkiyə – 3 047 nəfər
Rusiya – 1 720 nəfər
Birləşmiş Ərəb Əmirlikləri – 1 523 nəfər
İran – 313 nəfər

Müalicə üçün ən çox aşağdakı ölkələrə gediblər:
Türkiyə – 9 640 nəfər
Rusiya – 5 308 nəfər
Gürcüstan – 1 535 nəfər
Almaniya – 321 nəfər
İran – 148 nəfər

Mağazalara baş çəkmək üçün isə ən çox aşağdakı ölkələrə gediblər:
Türkiyə – 12 106 nəfər
Rusiya – 6 916 nəfər
Gürcüstan – 1 535 nəfər
Birləşmiş Ərəb Əmirlikləri – 692 nəfər
Səudiyyə Ərəbistanı – 97 nəfər

Elnur Əli

ƏN ÇOX OXUNANLAR

  • 7
"Neftçi" qalib gəldi
0.019637823104858