- 5
ENDİRİLİR
ENDİRİLİR
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi xidmətindən kənarlaşan sürücülərə təklif ilə müraciət edib. Bildirilib ki, məşğul olmayan sürücülərin avtobusla sərnişin daşımalarına cəlb olunması üçün hazırda geniş imkanlar var.
Bəs işsiz qalan taksi sürücüsünün avobusa yönləndirilməsi doğrudurmu?
Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli Bakupost.az -a bildirib ki, sürücülərin çoxu əlavə kateqoriya ala bilmədikləri üçün nazirliyin təklifi işsiz qalan taksi sürücülərinin məşğulluq problemini həll etməyəcək:
“Məlum olduğu kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işsiz qalan taksi sürücülərinə təkliflə müraciət edib. Bildirilib ki, taksi fəaliyyətindən kənarlaşdırılan sürücülər avtobusla sərnişin daşımalarına cəlb oluna bilərlər. Çünki hazırda təkcə "BakuBus" şirkətinin mindən artıq "D" kateqoriyalı sürücüyə ehtiyacı var. Fikrimcə, nazirliyin işsiz qalan taksi sürücülərinə iş təklifi səmərəsiz olacaq. Çünki avtobus sürücüsü üçün “D” kateqoriyası tələb olunur. İstənilən şəxs “D” kateqoriyası almaq və müvafiq təlimlərə qoşulmaq üçün ortalama 1300-1500 manatından keçməlidir. Bu imkan heç də bütün işsiz qalmış sürücülərdə yoxdur”.