- 5
ENDİRİLİR
ENDİRİLİR
Qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorları bir neçə komissiya tərəfindən məhv ediləcək.
Prezident İlham Əliyev bununla bağlı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1197-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Prezidentin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Sənədə əsasən, qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi aşağıdakı komissiyalar tərəfindən həyata keçiriləcək:
- Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən formalaşdırılan külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya;
- Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən formalaşdırılan Naxçıvan Muxtar Respublikasının ərazisində külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Naxçıvan Muxtar Respublikasının Komissiyası;
-yerli icra hakimiyyəti orqanları tərəfindən formalaşdırılan az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə rayon (şəhər) komissiyaları.
Komissiyalar məhkəmə və prokurorluq orqanlarının, həmçinin Prezidentin müəyyən etdiyi orqanın (qurumun) nümayəndələrindən ibarət tərkibdə təşkil edilir. Qurum dedikdə aşağıdakılar nəzərdə tutulur:
- külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiyaya münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;
- Naxçıvan Muxtar Respublikasının ərazisində külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Naxçıvan Muxtar Respublikasının Komissiyasına münasibətdə yuxarıda göstərilən orqanların (qurumların) fəaliyyət istiqamətləri üzrə səlahiyyətləri Naxçıvan Muxtar Respublikasının ərazisində həyata keçirən müvafiq orqanlar (qurumlar) və struktur qurumlar;
- az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə rayon (şəhər) komissiyalarına münasibətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, habelə bu orqanların fəaliyyət istiqamətləri üzrə səlahiyyətləri Naxçıvan Muxtar Respublikasının ərazisində həyata keçirən orqanların (struktur qurumların) rayonlarda (şəhərlərdə) fəaliyyət göstərən müvafiq struktur bölmələri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin) müəyyən etdiyi tabeliyindəki müvafiq tibb müəssisəsi.