- 5
ENDİRİLİR
ENDİRİLİR
"Fələstin Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Fələstin dövlətinə səfər etməmələri tövsiyə olunur".
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hal-hazırda Fələstin dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarının mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir.
Bundan başqa, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İsrailə səfər etməmələri tövsiyə olunur:
"Hazırda İsraildə yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir" , - deyə XİN-dən bildirilib.