Rusiyanın Başqırdıstan Respublikasının Stərletamak şəhərində müəssisələrdən birində yanğın baş verib, nəticədə 3 nəfər ölüb.
“Ölkə.az” xəbər verir ki, bu barədə Rusiya KİV-i İstintaq Komitəsinin Başqırdıstan üzrə idarəsinə istinadən məlumat yayıb.
“Sənaye binasında köhnə boru kəmərinin sökülməsi zamanı qaz-hava qarışığı yanıb, 3 işçi termik yanıq alıb, onlar hadisə yerində keçiniblər”, – məlumatda diqqətə çatdırılıb.