• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Məhkəmə PKK-ya bağlı 3 partiyanın fəaliyyətini qadağan etdi - Əmlakına həbs qoydu



İraq Ali Məhkəmə Şurası terror təşkilatı PKK-ya bağlı 3 partiyanın fəaliyyətinin qadağan edilməsi və əmlaklarının müsadirə olunması barədə qərar qəbul edib.

Ölkə.Az xəbər verir ki, İraq Milli Təhlükəsizlik Müşavirliyinin tələb və şikayəti əsasında terror təşkilatı PKK-ya bağlı olan “Yəzidi Demokrat və Azadlıq Partiyası” , “Demokratik Mübarizə Cəbhəsi Partiyası” və “Tevgera Azadi”  partiyalarının  fəaliyyətləri qadağan edilib. Həmin partiyaların fəaliyyətinin qadağan edilməsi ilə yanaşı, əmlaklarına da  həbs qoyulub.

Məhkəmənin qərarında  həmçinin qeyd olunub ki,  adı çəkilən partiyaların PKK ilə əlaqəsi olması  faktı  İraq Kəşfiyyat İdarəsi və Baş nazirlik tərəfindən də təsdiqlənib.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.021430015563965