ABŞ-də prezidentliyə müstəqil namizəd Robert Kennedi Jr 10 il əvvəl Mərkəzi Parka ayı ölüsü atdığını etiraf edib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, o bu barədə komediya aktrisası Rozanna Bar ilə çəkdiyi videoda danışıb:
“Qarşımızdakı mikroavtobus ayını vurdu və öldü. Mən də ayını götürüb avtomobilimin baqajına qoydum. Dərisinizi üzəcəkdim, çünki yaxşı vəziyyətdə idi. Ətini də soyuducuya qoayacaqdım”.
Prezidentliyə namizəd daha sonra axşam baş tutacaq görüşə gecikdiyi üçün ayıın ölüsünü tullmağa qərar verdiyini deyib. O bildirib ki, bunu bir qəza kimi təqdim etmək üçün avtomobilində olan köhnə velosipedlə ayını parka ataraq gedib.
R.Kennedi haqqında yayımlana biləcək hər hansı bir məqalənin qarşısını almaq məqsədilə bunları danışdığını deyib.
Qeyd edək ki, 2014-cü ilin oktyabrında Nyu-Yorkun Mərkəzi Parkında it gəzdirən bir nəfər tər edilmiş bir velosipedin yanında ayı ölüsü tapıb. Sözügedən video ölkə səviyyəsində geniş müzakirələrə yol açıb.
Onu da əlavə edək ki, Nyu Yorkda ölü vəziyyətdə olan ayıları götürmək üçün müvafiq qurumdan xüsusi etiket alınmalıdır. Bu etiketi olmadan ayıları götürən şəxslər qanun pozuntusuna görə məhkəməlik ola bilər.
Billurə