2024-cü ilin yanvar-iyun aylarında Ermənistanda 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 1314 az uşaq doğulub.
Ölkə.Az xəbər verir ki, bu barədə Ermənistanın Statistika Komitəsininin məlumatında deyilir.
2024-cü ilin 6 ayı ərzində Ermənistanda 15 671 uşaq doğulub. 2023-cü ilin eyni dövründə isə doğulan uşaqların sayı 16 985 nəfər olub.
2024-cü ilin yanvar-iyun aylarında Ermənistanda 13 211 nəfər ölüb ki, bu da ötən illə müqayisədə 2 731 nəfər çoxdur.
Hesabat dövründə əhalinin sayı 2460 nəfər artsa da, əvvəlki illə müqayisədə təbii artım 2045 nəfər azalıb. 2023-cü ilin altı ayı ərzində Ermənistan əhalisi 4505 nəfər artıb.
Mürtəza
Ölkə.Az