• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə enerji əməkdaşlığına dair kommünike imzalayıb



Bu gün Astanada Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın energetika nazirlərinin I görüşünün yekunları üzrə enerji sektorunda əməkdaşlığa dair kommünike imzalanıb.

Bu barədə "Report"un Astanada olan müxbiri xəbər verir.

“Kommunike ölkələrimiz arasında energetika sahəsində bütün əsas istiqamətlərdə gələcək uğurlu əməkdaşlığın təməlini qoyur”, - Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib.

O, bu sənədin imzalanmasının zəruriliyini onunla izah edib ki, qlobal enerji təhlükəsizliyi hər bir respublika və bütün region üçün strateji əhəmiyyət kəsb edir və etibarlı və sabit enerji təchizatının təmin edilməsini, resurslardan səmərəli istifadəni, infrastrukturun qorunmasını və enerji sisteminin sabitliyini nəzərdə tutur.

“Mərkəzi Asiya regionu və Azərbaycan enerji resurslarının davamlı tədarükünün təmin edilməsində mühüm həlqədir”, - nazir vurğulayıb.

Qırğızıstanın energetika naziri Taalaybek İbraev isə Qırğızıstan üçün enerji təchizatı məsələsinin vacibliyini diqqətə çatdırıb. “Ona görə də enerji sahəsində sıx əməkdaşlıq bütövlükdə Mərkəzi Asiyada əməkdaşlığımızın əsasına çevriləcək”, - o bildirib.

Tacikistanın energetika və su ehtiyatları naziri Cuma Dalera Şofakir qeyd edib ki, regionun enerji sisteminin etibarlılığını gücləndirmək məqsədilə indiki mərhələdə Tacikistanın enerji sisteminin Mərkəzi Asiya Birləşmiş Enerji Sisteminə yenidən qoşulması layihəsi həyata keçirilir.

Layihə çərçivəsində iyunun əvvəlində Tacikistanın cənub-qərb hissəsinin elektrik şəbəkəsi Mərkəzi Asiya Birləşmiş Enerji Sisteminə qoşulub.

Görüşün sonunda bütün iştirakçılar qeyd ediblər ki, regional enerji təhlükəsizliyini qorumaq üçün mütəmadi olaraq çoxtərəfli dialoq və təcrübə mübadiləsi aparılmalıdır. Bu isə enerji təchizatının sabitliyinə və etibarlılığına kömək edəcək.

ƏN ÇOX OXUNANLAR

  • 7
"Neftçi" qalib gəldi
0.022795915603638