- 5
ENDİRİLİR
ENDİRİLİR
“Bakı Metropoliteni” QSC Rusiyanın “Jukovski ŞPZ” ( ООО "Жуковский ШПЗ" ) şirkətindən 28 milyon 875 min manat dəyərində ağac şpallar satın alacaq.
Yeniavaz.com xəbər verir ki, “Bakı Metropoliteni” Rusiya şirkəti ilə müqaviləni tender müsabiqəsi keçirmədən bir mənbədən satınalma metodu əsasında imzalayıb və satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Məlumat üçün bildirək ki, “Bakı Metropoliteni”nə 28,9 milyon manatlıq şpal satacaq Rusiya şirkətinin sahibi Azərbaycan əsilli iş adamı Rəhimov Qazi Turab oğludur. Şirkət 13 il əvvəl – 31 yanvar 2011-ci ildə yaradılıb.
Qazi Rəhimov şirkətin həm təsisçisi, həm də direktorudur. Hüquqi ünvanı “Moskva şəhəri, Marşala Baqramyan küçəsi bina 4, m. 14/1” yerləşən “Jukovski ŞPZ” şirkəti ötən il 594 milyon rubl (6,9 milyon dollar) gəlir əldə edib.
Elnur Əli