• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Naxçıvan Hava Limanında fəaliyyət göstərən taksi şirkəti ləğv olundu



Naxçıvan Beynəlxalq Hava Limanının tabeliyində fəaliyyət göstərən “Aeroport Taksi” MMC (VÖEN – 0201265151) ləğv olunub.

Yeniavaz.com xəbər verir ki, ləğvetmə elanında kreditorlardan 2 ay ərzində tələblərini Naxçıvan Hava Limanına bildirmələri istənilir.

Qeyd edək ki, “Aeroport Taksi” MMC Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 sentyabr tarixli Qərarı əsasında yaradılıb. Ötən il Hesablama Palatası Naxçıvan Beynəlxalq Hava Limanı və onun tabeliyində olan “Aeroport Taksi” MMC-də yoxlamalar aparıb və bir sıra nöqsanlar aşkar edib. Bu ilin mart ayında isə Naxçıvan Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyinə verilib.

Elnur Əli

ƏN ÇOX OXUNANLAR

  • 8
"Neftçi" qalib gəldi
0.037471055984497