Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Avropada təbii qazın orta qiyməti üzrə proqnozunu açıqlayıb.
"ING Group" xəbər verir ki, qurum 2024-2025-ci illər üçün TTF indeksi (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın qiyməti ilə bağlı proqnozunu 29 avrodan (elektrik enerjisi ekvivalentində - MVt-saat üçün) 31 avroyadək artırıb.
Bundan başqa "ING Group" Avropada qazın qiymətinin 2025-ci ildə 29 avro (proqnoz dəyişməyib), 2026-cı ildə isə 28 avro (proqnoz dəyişməyib) səviyyəsində olacağının proqnozlaşdırır.
Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.