HƏMAS-ın hərbi qanadının komandirlərindən biri Valid əs-Susi öldürülüb.
"Ölkə.az" xəbər verir ki, bu barədə İsrail ordusu məlumat verib.
Bildirilib ki, İsrail ordusu Susini Qəzza zolağının cənubunda avqustun 9-da dəqiq zərbə nəticəsində zərərsizləşdirib.
Qeyd edək ki, ötən gün də HƏMAS-ın komandirlərindən olan Samer əl-Hac hava hücumu nəticəsində ölüb.