• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

KİV: Baş nazir iğtişaşlara görə tətilini ləğv edib



Böyük Britaniyanın baş naziri Kir Starmer ölkədə davam edən miqrantlara qarşı iğtişaşlar fonunda tətilini ləğv edib.

“Ölkə.az” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Sky News” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, etirazlar başlayandan indiyədək ölkə üzrə 779 nəfər saxlanılıb. Onlardan 359-su ictimai asayişi pozmaqda ittiham olunub. Etirazlar zamanı onlarla hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb, bir neçə mağaza, polis məntəqəsi və avtomobil yandırılıb. Son günlərdə müsəlman icmaları və solçu siyasi qüvvələrin nümayişləri nəzarətsiz immiqrasiya əleyhdarlarının nümayişlərindən daha çox etirazçı cəlb edib.

Böyük Britaniyanın onlarla şəhərində iğtişaşlara çevrilən etirazlar 10 gündən artıqdır ki, davam edir. İğtişaşlara səbəb İngiltərənin Soutport şəhərində baş vermiş faciə olub.

Belə ki, iyulun 29-da 17 yaşlı yeniyetmə Aksel Rudakubana uşaq rəqsi üzrə keçirilən dərsin iştirakçılarına bıçaqla hücum edib. Nəticədə üç həlak olub, daha səkkiz uşaq və iki böyük yaralanıb. Hücum edən şəxs saxlanılıb.

“The Times” qəzetinin yazdığına görə, Rudakubananın kökləri ruandalıdır, ailəsi vətənlərindəki soyqırımdan Böyük Britaniyaya qaçıb.

ƏN ÇOX OXUNANLAR

0.021211862564087