• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bu ölkədə də uçan taksi sınaqdan keçirildi



Cənubi Koreyanın "Hyundai Motor Corporation" şirkəti İndoneziyada uçan taksini uğurla sınaqdan keçirib.

Ölkə.az oxu.az-a istinadən bildirir ki, taksi 50-80 metr hündürlükdə uça bilir və 200 kilometr/saat sürət yığır.

Hava taksisində üç sərnişin və bir pilot səyahət edə bilər.

Sınaqlar İndoneziyanın yeni paytaxtı Nusantara yaxınlığında yerləşən və tikintisi davam edən Samarinda hava limanında aparılıb.

Qeyd olunub ki, Asiya ölkəsinin hakimiyyət orqanları 2030-cu ilə qədər uçan taksilər buraxmağı planlaşdırırlar.

ƏN ÇOX OXUNANLAR

0.017228126525879