Avqustun 12-nə keçən gecə Moskva yaxınlığındakı hərbi aerodromuna PUA hücumu olub.
Ölkə.Az xəbər verir ki, Rusiya Teleqram kanallarının məlumatına görə, PUA-nın hədəfi Moskvadan 31 km şimal-şərqdə yerləşən "Çkalovski" hərbi aerodromu ola bilər. Kanallardan birinin məlumatına görə, PUA-lar aviabazanın ərazisində məhv edilib.
Şelkovo şəhərinin sakinləri bildiriblər ki, şəhərdə hava hücumu xəbərdarlığı səslənib.
UNIAN-ın verdiyi məlumata görə, Lipetsk vilayətindəki hərbi aerodrom ərazisində əvvəllər güclü partlayışlar eşidilib . Yanğınla əlaqədar yerli hakimiyyət orqanları dörd yaşayış məntəqəsinin sakinlərini təxliyə etməli olub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Su-34, Su-35 və MiQ-31 təyyarələrinin yerləşdiyi Lipetsk hərbi aerodromuna hücumu təsdiqləyib.
Hərbçilər bildiriblər ki, hücum zamanı onlar idarə olunan bombalarla anbarları və hava limanı ərazisindəki bir sıra digər obyektləri vura biliblər.
Mürtəza
Ölkə.Az