• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib - AÇIQLAMA



“Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsi mühüm yer tutur. Avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada  Prezident İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçısının görüşündə iştirak etməsi bunu bir daha təsdiqləyir”. 

Bunu Ölkə.Az-a açıqlamasında  siyasətçi Sevinc Fətəliyeva deyib.

O bildirib ki, belə bir bir formatda görüşün keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu, dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin parlaq nümunəsidir.   
Siyasətçinin sözlərinə görə, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. "Təsadüfi deyil ki, son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər edib. Mərkəzi Asiya ölkələrinin liderləri isə bu dövrdə 15 dəfə Azərbaycanda olublar. Dövlətimizin başçısının görüşdə dediyi kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir", - o qeyd edib.

  Dövlət başçısının da Orta Asiya ölkələri ilə əlaqələrinin zərurliyi ilə bağlı Fətəliyeva ölkə başçısının bununla bağlı sitatını da dilə gətirib: "Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulamaq istərdim. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir”. Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır. 


Eyni zamanda, Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nı qeyd edilməlidir. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir. SPECA-nın Bakıda keçirilən Sammitində Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentləri də iştirak ediblər. 
Sevinc Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.

“Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində türk dünyası ilə münasibətlər də böyük əhəmiyyət kəsb edir. Dövlətimizin xarici siyasətində Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə hərtərəfli əlaqələrin gücləndirilməsi prioritetdir. Azərbaycan daim türk dünyasının inteqrasiyası üçün mühüm təşəbbüslərlə çıxış edir və bu yöndə əməli addımlar atır. Bütün bunların fonunda Prezidentimizin Qazaxıstana səfəri mühüm hadisədir”,- o vurğulayıb.

 Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.42024111747742