İran prezidenti Məsud Pezeşkianın strateji məsələlər üzrə təyin etdiyi vitse-prezidenti Məhəmməd Cavad Zərif təyinatından 10 gün sonra istefa verib.
Ölkə.Az xəbər verir ki, bu barədə Zərifi X (tvitter) səhifəsində paylaşım edib.
O istefasının səbəblərini də açıqlayıb:
“Mən dəfələrlə demişəm ki, prezidentin hökumət üzvlərini seçmək hüququ var, idarəetmə şurası və komitələri isə məsləhətçi orqanlardır. Mənə bu təşəbbüsdə iştirak etmək şərəfini bəxş etdikləri üçün onlara minnətdaram.
Təbii ki, işimin nəticəsi məni qane etmir.
Mən komissiyaların ekspert rəyinə, qadın və gənclərin iştirakına söz verdiyim kimi layiqli şəkildə nail ola bilmədim. Təbii ki, hələ də bu boşluğu inşallah dolduracaq vitse-prezidentlər var.
Bunlarla yanaşı, digər problemlər də məni universitetdə yolumu davam etdirməyə vadar etdi”.
Zərifinin açıqlamasından da görünür ki, onun istefasının əsas səbəbi yeni seçilən prezident Məsud Pezeşkiana istədiyi komandanın formalaşdırılmasına imkan verməmək olub.
Bəlli olduğu ki, İran İslami Şura Məclisinin ümumi iclasında 14-cü kabinet üçün təklif edilən nazirlərin siyahısı parlamentə təqdim olunub. 14-cü hökumətin təklif olunan nazirlərini təqdim edən məktubu şura sədri Məhəmməd Baqir Qalibaf açıqlayıb. Çox güman ki, yeni hökumətin formalaşdırılmasındakı narazıçılıqdır. Baxmayaraq ki, prezident Pezeşkian da bir müddət əvvəl yeni hökumətin formalaşması ilə bağlı açıqlamasında bəyan etmişdi ki, formalaşdıracağı komanda bariş hökuməti olacaq. Amma göründüyü kimi, hakimiyyətdəki mühafizəkarların, o cümlədən dini rəhbərliyin ciddi müdaxiləsi nəticəsində yeni hökumətdə daha çox onların istədiyi kadrlar yer alıb. İslahatçı qanad yeni komandaya yetərincə öz kadrlarını yerləşdirə bilməyib. Zərifinin istefa bəyanatında deyildiyi kimi, xüsusən də hökumtdə qadın və gənclərin təmsilçiliyinə yetəri səviyyədə nail olunmayıb. Nəticədə yeni hökumətin formalaşmasına etiraz olaraq prezident Pezeşkianın seçki prosesində ona ən yaxından dsətək verən və etibarlı adamı hesab edilən vitse-prezident istefa vermək məcburiyyətində qalıb. Zərifinin istefası bir daha sübut etdi ki, hakimiyyətdəki mühafizəkar qüvvələr Pezeşkianın seçkiöncəsi vəd etdiyi proqramın icrasına imkan verməyəcəklər. Onun siyasətini hər vasitə ilə sabotaj etməyə və maneəçilik yaratmağa çalışacaqlar.
HƏMAS lideri İsmayıl Haniyənin Tehranda qətl edilməsi də bu planın tərkib hissələrində biridir. Həmin qüvvələr bu yolla Pezeşkiana təzyiq edərək istədikləri hökumətin formalaşdırılmasına nail olmaqla, hakimiyyətin yürütdüyü siyasətə təsir edə bilsinlər. Bir sözlə yeni seçilən hökuməti formalaşmadan və fəaliyyətə başlamdan iflasa uğratmaq. Təcrübəli diplomat və siyasətçi Zərifi də bütün bunları gördüyü üçün istefadan başqa alternativi qalmayıb.
Mürtəza
Ölkə.Az