• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ İsrailə F-15-lərin satışını təsdiqlədi



Dövlət Departamenti 18,82 milyard dollara F-15 qırıcı təyyarələri və müvafiq avadanlıqların İsrailə mümkün satışını təsdiqləyib.

“Ölkə.az” xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi bildirib. O, hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdehdir.

Sənədə görə, İsrail bundan əvvəl ABŞ-yə 50 ədəd yeni çoxməqsədli F-15IA qırıcısı, mövcud F-15I qırıcılarının modifikasiyası üçün dəstlər, həmçinin mühərriklər, radarlar, buraxılış qurğuları və digər avadanlıqların alınması ilə bağlı sorğu göndərib. Təsdiq edilmiş müqavilə çərçivəsində təyyarə və avadanlıqların tədarükünə 2029-cu ildə başlanacağı gözlənilir. Pentaqona görə, İsrailə döyüş təyyarələrinin satışı “bölgədəki hərbi qüvvələrin əsas balansını pozmayacaq”.

ƏN ÇOX OXUNANLAR

0.01683497428894