Keçən il Avropada həddindən artıq istilərə görə 47 690 insan ölüb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Barselona Qlobal Sağlamlıq İnstitutunun Avropa Statistika İdarəsi məlumat yayıb.
Bu ölümlərin ümumilikdə 35 Avropa ölkəsində qeydə alındığı bildirilib.
Qeyd olunub ki, dəhşətli istilərə görə son illərdə ən çox ölüm 2022-ci ildə qeydə alınıb.
Məlumata görə, ötən il istilərə görə ölüm sayı 2015-ci ildən bu yana qeydə alınan ikinci ən yüksək rəqəm olub.
Tədqiqatçılar bildirib ki, istidən ölüm nisbətinin ən yüksək olduğu ölkələr Cənubi Avropa ölkələridir. Belə ki, həddindən artıq istilər səbəbindən Yunanıstanda hər milyon adama 393, Bolqarıstanda 229, İtaliyada 209, İspaniyada 175, Almaniyada 76 ölüm qeydə alınıb.
Ən isti iyul
ABŞ Milli Okean və Atmosfer İdarəsinin ölçmələrinə görə, ötən ay indiyədək müşahidə edilən “ən isti iyul” kimi qeydə alınıb. Qurumun verdiyi açıqlamada iyul ayında ölçülən orta qlobal səth istiliyinin 20-ci əsrin orta göstəricisindən 1,21 dərəcə yüksək olduğu bildirilib.
Billurə