ABŞ polisi hamilə qaradərili qadını qətlə yetirib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb kimi isə qadının polisin əmrlərinə tabe olmaması göstərilir.
Dünən keçirilən məhkəmədə polis həm ananın, həm də körpənin ölümünə səbəb olan 'iki qətl törətməkdə' ittiham edilib.
Qeyd edək ki, Ta'Kiya Yanq (21) 24 avqust 2023-cü ildə oğurluqda şübhəli bilindiyi üçüm polis ona avtomobildən düşməyi əmr edib. Gənc qadın əmrə tabe olmayaraq nəqliyyat vasitəsini polisin üzərinə sürüb.
Polis isə avtomobilin ön şüşəsindən atəş açaraq qadını öldürüb. Gənc qadınən hamilə olduğu üzə çıxdıqdan sonra hadisə müzakirələrə yol açmışdı.
Billurə Yunus