İranın İsrailə gözlənilən hücumu fonunda İslam Respublikası gizli nüvə silahı proqramı ilə irəliləyir və nüvə bombası detonatorlarının istehsalı üçün sınaqları bərpa edir.
Ölkə.Az xəbər verir ki, bu barədə İranın müxalif "İran İnternational" kanalı yazır.
Qeyd olunur ki, İslam Respublikası uranın yüksək səviyyədə zənginləşdirilməsi, nüvə partlatma qurğularının istehsalı və nüvə başlıqları daşıya bilən raketlərin hazırlanması da daxil olmaqla, nüvə silahı istehsalı dövrünün başa çatdırılması istiqamətində səylərini artırıb.
Mənbəyə görə, İran nüvə bombası yaratmağa həmişəkindən daha yaxındır.